10:32
(077) 610-22-33

“Mənim xalqım yalanlara inanmaz“

  • >
485 5 Sentyabr 2012 13:46 | Siyasət

Rəcəb Tayyib Ərdoğan: "Mənim xalqım CHP millət vəkilinin qaçırılması yalanına inanmaz"



Bəzi müxalifət partiyaları "düşmənimin düşməni dostumdur" məntiqi ilə hərəkət edir.Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu gün Rəcəb Tayyib Ərdoğanın başçılığı altında Ədalət və İnkişaf partiyasının (AKP) baş qərargahında fraksiya iclası keçirilir. İclasdakı çıxışına Beytüşşebahda baş verən terror hücumu ilə başlayan Ərdoğan, hadisə zamanı şəhid olan əsgərlərin ailələrinə baş sağlığı verib: "Beytüşşebahda şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin. Qarşımızda heç bir insani dəyəri olmayan təşkilat var. Bu təşkilat cəsarətlə əsgərimizin qarşısına çıxaraq döyüşmür. Bu təşkilat qorxaqca qadınların, uşaqların arxasında gizlənərək, vətəndaşların arxasında gizlənərək hücum edir və qaçır".

Çıxışında ana müxalifət partiyası olan CHP-nin (Cümhuriyyət Xalq Partiyası) millət vəkili Hüseyn Aygünün Tuncəli vilayətində PKK terror təşkilatı tərəfindən qaçırılması hadisəsinə toxunan Ərdoğan deyib: "Guya CHP-nin millət vəkilini qaçırdılar. Sonra buraxdılar. Mənim xalqım bu yalanlara inanmaz".

Bəzi müxalifət partiyalarının "düşmənimin düşməni mənim dostumdur" məntiqi ilə hərəkət etdiyini vurğulayan Ərdoğan bildirib: "AKP-nin itirməsi üçün, Türkiyənin itirməsinə göz yumurlar. Siyasətdə düşmən yoxdur. Siyasətdə rəqib mövcuddur. Bizim prinsiplərimiz var. Bu prinsiplər istiqamətində yola çıxdıq. "Ya öləcəyik, ya olacağıq" dedik. Bizim marşrutumuzu millətdən başqa heç kim müəyyənləşdirə bilməz. Heç kim bizi istiqamətləndirə bilməz. Bunu yalnız terror partiyasına deyil, CHP-yə də deyirəm".

Onun sözlərinə görə, CHP liderlərinin Azərbaycana getməyə üzləri yoxdur. Çünki, 1944-cü ildə Stalin rejiminin təzyiqlərindən qurtulmaq istəyən 146 nəfər azərbaycanlı Xudafərin körpüsünü keçib Yürkiyəyə sığınıblar. Amma o zaman hakimiyyətdə olan CHP həmin insanların, bizim qardaş və bacılarımızı dikdatora təhvil verdilər. Həmin azərbaycanlılar türklərə yalvarıblar ki, bizi Stalinə təhvil verməyin, amma həmin vaxt rəsmi Ankara o insanların halına yanmayıb və qardaş və bacılarımızı Stalinə təhvil verib. Sonra isə həmin insanlar sərhədi keçən kimi Stalin tərəfindən öldürüldülər. Bu, bizim qan yaddaşımızdır, buna görə CHP utanmalıdır".

O deyib: "CHP bu gün də bu ənənəsinə sadiq qalaraq Suriyadan Türkiyəyə sığınan insanların halına acımır, əksinə diktator Bəşər Əsədin bayraqlarını gəzdirirlər. CHP-dən fərqli olaraq, biz Bakıya da, Dəməşqə də hər zaman getməyə başımız ucadır".

AzNews.az
Bağla X