Ümumilikdə ölkəmizdə 396 keçid məntəqəsi var ki, onlardan yalnız 78-i qorunan məntəqələrdir Ümumilikdə ölkəmizdə 396 keçid məntəqəsi var ki, onlardan yalnız 78-i qorunan məntəqələrdir

Dəmiryol keçidlərinin əksəriyyəti qorunmur

Ümumilikdə ölkəmizdə 396 keçid məntəqəsi var ki, onlardan yalnız 78-i qorunan məntəqələrdir



Bir neçə gün əvvəl sərnişin avtobusu ilə qatarın toqquşması və altı nəfərin həlak olması ilə nəticələnən qəza hadisəsinin baş verməsi yol keçidlərində təhlükəsizliyin nə dərəcədə təmin olunması mövzusunu aktuallaşdırıldı.

Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun mətbuata verdiyi məlumata görə, ümumilikdə ölkəmizdə 396 keçid məntəqəsi var ki, onlardan yalnız 78-i qorunan məntəqələrdir.

318-i isə qorunmayan keçidlərdir. Onlarda təhlükəsizlik məsələləri qayda nişanlarının, siqnalizasiyanın, həmçinin DYP nişanlarının qoyulması ilə qorunur. "Qəza hadisələrinin baş verməsinin qarşısının alınması üçün nə etmək olar?" sualına cavabında isə N. Əzməmmədov deyib ki, sürücülərin diqqətli olması, nişan və siqnallara ciddi əməl etməsi vacibdir.

AzNews.az