14:14
(077) 610-22-33

İsraili bu adam batıracaq!

  • >
473 10 Sentyabr 2012 11:31 | Siyasət

Daniel Doron: "Domino təsiri yaradacaq. Kreditorlar pul itirəcək. On minlərlə insan işsiz qalacaq. Böyük bir faciə baş verəcək"



Tarixinin ən böyük maliyyə böhranını yaşayan və etirazların əskik olmadığı İsrailin gələcəyi 58 yaşlı milyarder biznesmenə bağlıdır. Dankner müflisləşsə İsrailin sonu çata bilər. "Haaretz"in verdiyi məlumata görə, GSM sektorundan supermarket zəncirinə, sığortaçılıqdan sement sənayesinə qədər İsrail iqtisadiyyatının böyük bir hissəsini əlində saxlayan Noçi Danknerin holdinqi İDB iflas bayrağını qaldırmaq üzrə. 18 ailənin 60 faizini əlində saxladığı İsrail iqtisadiyyatının ən böyük ailəsi isə Danknerlərdir.

AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, Dankner ailəsi iqtisadiyyatın 18.7 faizinə sahibdir. Ümumilikdə isə İsraildə ən böyük 500 firmanın 172 milyard dollarlıq gəlirinin 57.4 milyard dolları ən zəngin 19 nəfərin əlindədir.

İSRAİLİ ÖZÜ İLƏ APARACAQ

Mütəxəssislərin "özü ilə İsrail iqtisadiyyatını da aparacaq" açıqlamasını verdiyi Noçi Dankner ötən həftə işçilərinə, "çətin günlər yaşayırıq. Heç birimiz üçün asan deyil", - deyə başlayan bir məktub göndərib. Borc bataqlığındakı firmanın iflasının İsrail iqtisadiyyatında domino təsiri yaradaraq böhranı dərinləşdirəcəyi bildirilir. İsraili xüsusilə Fələstin döyüşlərində və Livan müharibəsində dəstəkləyən Danknerin olduqca böyüyən holdinqini ayaq üstündə saxlamağa çalışdığı bildirilir. Yüz milyonlarla dollar borcu yığılan holdinqin yaxın günlərdə borclarını ödəyəcəyi isə real görünmür.

"DOMİNO TƏSİRİ YARADACAQ"

İsrail İctimai və İqtisadi İnkişaf Mərkəzinin direktoru Daniel Doron mövcud vəziyyətdə baş verəcək böhranın iqtisadiyyata maliyyə böhranından daha çox təsir edəcəyini, çünki iqtisadiyyatın böyük hissəsinə Dankner tərəfindən nəzarət olunduğunu bildirir. Doron, "Domino təsiri yaradacaq. Kreditorlar pul itirəcək. On minlərlə insan işsiz qalacaq. Böyük bir faciə baş verəcək", - deyib.

ETİRAZLAR BİTMİR

Qeyd edək ki, hazırda İsraildə yüz minlərlə insan iqtisadiyyatdakı böhranla əlaqədar etiraz aksiyası üçün küçələrə tökülüb. Ölkədə xüsusilə gəlir bərabərsizliyinə və ədalətin tapdalanmasına etiraz olaraq hər həftə aksiyalar keçirilir.

AzNews.az
Bağla X