09:37
(077) 610-22-33

Moskva Azərbaycan-Ermənistan sülhünün şərtlərini açıqladı

  • >
3 708 6 Avqust 2014 13:18 | Siyasət

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstana səfər edir.

Ans press-in məlumatına görə, Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Erlan İdrisovla Ust-Kamenoqorsk şəhərində görüşəcək.

Rusiya mətbuatı görüşdə Dağlıq Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağını ehtimal edib. Məlumatlara görə, Lavrov dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Avrasiya iqtisadi inteqrasiyasına heç bir dəxli yoxdur.

Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, vəziyyətin sabitləşdirməsi üçün "Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir".
Bağla X