17:44
(077) 610-22-33

Erməni diversantın ölümü ilə bağlı BQXK-dan açıqlama

  • >
858 11 Avqust 2014 11:32 | Siyasət

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Tovuz rayonu ərazisində ələ keçirilən Ermənistan vətəndaşının meyitinin ölkəsinə qaytarılması ilə bağlı məsələyə aydınlıq gətirib.



Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, meyitin qaytarılması üçün tərəflər razılığa gəlməlidir. Razılıq əldə edildikdən sonra BQXK mandatına uyğun olaraq neytral vasitəçi kimi əməliyyatda iştirak edir.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonu ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü Karen Petrosyan isə ələ keçirilib.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.

İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub. Hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

AzNews.az
Bağla X