01:06
(077) 610-22-33

Tiqran Sarkisyan AB-dən sakit qalmamağı tələb etdi

  • >
366 12 Sentyabr 2012 07:59 | Siyasət

Ermənistan baş naziri Tiqran sarkisyan Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Filip Lefortla görüşüb. AzNews.az-ın armenpres.am saytına istinadən verdiyi xəbərə görə, Tiqran Sarkisyan Avropa nümayəndəsi qarşısında bir sıra məsələlər qaldırıb. İlk olaraq Səfərovun ekstradisiyasına toxunan erməni Baş Nazir Birlik ölkələrindən sakit qalmamağı tələb edib.

Daha sonra Qarabağ probleminin həllinə toxunan Sarkisyan bildirib ki, Qarabağ problemini yalnız sülh yolu ilə həll ediləcəyi ilə bağlı Avropa birliyində sənəd qəbul olunmalıdır və tərəflərdən hansısa birtərəfli qaydada bu sənəddən doğan öhdəlikləri pozarsa cəzalandırılmalıdır.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Filip Lefort isə Birlik Minsk qrupu çərçivəsində aparılan danışıqları dəstəklədiklərini deyib və əlavə edib ki, onlar Ermənistanla münasibətlərin inkişafında maraqlıdırlar.

Sadiq
AzNews.az
Bağla X