04:09
(077) 610-22-33

Mustafa Hacıbəyli: “Nizamnamədə müşavir postu yoxdur”

  • >
955 15 Avqust 2014 13:19 | Siyasət

"Müsavat Partiyasının Nizamnaməsində müşavir postu yoxdur. Yəni müşavir təyin olunması partiya başqanının səlahiyyətinə daxildir".
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Hüseyn Məlikin müşavirlikdən çıxarılması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, İsa Qəmbər bu qərarı verməzdən əvvəl H. Məliki qəbul edərək, onunla söhbətləşib: "İsa bəy təmkinli, hətta bəzən ifrat dərəcədə səbirli siyasətçidir. Əgər kimlər üçünsə gözlənilməz sayılan bir qərar veribsə, ehtimal ki, bunun ciddi bir əsası olub. Minlərlə müsavatçı partiyada heç bir vəzifə tutmadan da fəaliyyətlərini davam etdirirlər. Yəni müşavir vəzifəsindən çıxarılması kiminsə partiyadan çıxmasına əsas ola bilməz və məncə olmayacaq da".

M. Hacıbəyli onu da deyib ki, qurultayda kimliyindən asılı olmayaraq ən çox səs toplayan namizəd qalib gələcək. Demokratik seçimə hörmətlə yanaşmaq da hər kəsin borcudur.

Bahar Rüstəmli
AzNews.az
Bağla X