08:38
(077) 610-22-33

Məhəmməd peyğəmbərin daha bir karikaturası Fransada yayımlandı -FOTO

  • >
850 19 Sentyabr 2012 09:10 | Siyasət

Yeni etiraz dalğası gözlənilir



Fransanın ən məşhur satirik Charlie Hebdo jurnalı Məhəmməd peyğəmbərin karikaturasını dərc edib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, karikatura jurnalın üz qabığında yer alıb. P

eyğəmbər "çirk qurub" mənasına gələn karikatura ilə bağlı nəşrin baş redaktoru Stefan Şarb bildirib ki, bu təsvirlər ekstremistləri əks etdirir. O, həmçinin karikaturaya haqq da qazandırıb və bildirib ki, onlar Məhəmməd peyğəmbərin rəsmini jurnaldan çıxararlarsa bu pis nümunə ola bilər. "Sabah digər karikaturaların çıxarılması məsələsi gündəmə gələ bilər. Nəticədə jurnal tamamilə boş buraxmağa məcbur olaraıq. Bu isə yol verilməzdir".

Artıq karikatura Fransada gərginlik yaratmağa başlayıb. Ölkənin baş naziri Jan-Mark Eyro bəyanat yayaraq hamını dözümlü və təmkinli olmağa çağırıb. Misirdə səfərdə olan Fransa Xarici İşlər naziri Loran Fabius isə karikaturanın əleyhinə fikirlər səsləndirib və bu cür halları təxribat adlandırıb.

Qeyd edək ki, "İslamın məsumluğu" filmi ilə bağlı yaranmış vəziyyət səngiməmiş yeni karikatura qalmaqalının ortaya çıxması vəziyyəti idarə olunmaz hala gətirə bilər. Bundan əlavə, ekspertlər fikirləşirlər ki, qərb ölkələrindən bir birinin ardınca bu cür təxribatçı filmin və karikaturanın yayımlanması təsadüfi hesab edilməməlidir. Bu hadisələr birbaşa qarşıdurmalara hesablanmış çirkin addımlardır.

Sadiq
AzNews.az
Bağla X