19:21
(077) 610-22-33

Cənubi Azərbaycanda da PKK-nın düşərgəsi var

  • >
1 245 20 Sentyabr 2012 16:25 | Siyasət

Gureş: "Ermənistana adam aparıb-gətirmişəm, buradan Fransaya qaçmaq istədiyrdim"

Türkiyədə silahlı terror təşkilatına üzv olmaq səbəbi ilə 5 ildən 10 ilə qədər həbsi tələb edilən Əhməd Güreş adlı PKK-çının məhkəməsində maraqlı faktlar açıqlanıb. Belə ki, Ərzurumdakı 2-ci Ağır Cəza Məhkəməsində məhkəməsi keçirilən Ə.Gureş ifadəsində "Aramızdan gedib İran təhlükəsizlık qüvvələrinə təslim olanları İran yenidən PPK terror təşkilatına təslim edirdi. Çünki İran dövləti ilə PKK terror təşkilatı arasında bu yöndə gizlı bir anlaşma var" deyə vurğulayıb.

Ə.Gureş İranda olduğu zaman mindiyi taksidə silah tapılması səbəbi ilə 5 il həbsdə qaldıqdan sonra Türkiyəyə təslim edilib. Sözügedən şəxsin məhkəmə ifadəsində uzun müddətdən bəri Güney Azərbaycan milli-azadlıq hərəkatı fəallarının narahatlıqla vurğuladığı məqamlar da əksini tapıb.

Belə ki, Ə.Gureş Güney Azərbaycanın Urmiyə şəhərində PKK-nın düşərgəsinin olduğunu təsdiqləyib. Qeyd edək ki, milli fəallar İran hakimiyyətinin Urmiyə, Xoy, Salmaz kimi şəhərləri kürdləşdirmə siyasəti yürütdüyündən narahatlığını dəfələrlə vurğulayıb.

1994-cü ildə İranda terrorçulara vermək üçün 300 min marka ilə Tehrana, oradan isə Urmiyədəki düşərgəyə gedən Ə.Gureş pulu təşkilatın Urmiyə üzrə nümayəndəsi R.Altuna təslim edib. Terror təşkilatına müxtəlif xidmətlər göstərən Ə.Gureş hətta Ermənistana adam aparıb-gətirdiyini, buradan Fransaya qaçmaq istədiyini də bildirıb. Lakin həbs edilməsi onu bu imkandan məhrum edib.

Alpər
AzNews.az
Bağla X