06:36
(077) 610-22-33

Baş nazir prezident olacaq?

  • >
678 25 Sentyabr 2012 13:23 | Siyasət

Rüstəm Məmmədov: “Ərdoğan prezident olmağa layiqli siyasətçidir” Azər Rəşidoğlu: “Baş nazirin prezident seçilmək şansı son dərəcə böyükdür”



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkisində öz namizədliyini irəli sürəcək. Bu barədə məlumatı ona yaxın olan şəxslər veriblər. Türkiyədə bəzi siyasətçilər baş nazirin prezident seçkilərində iştirakını düzgün hesab edir.

Politoloq Rüstəm Məmmədov Ərdoğanın atacağı bu addımı yüksək qiymətləndirib. O deyib ki, Rəcəb Tayyib Ərdoğan yüksək səviyyəli siyasətçidir: "O, Türkiyə dövlətinin tarixində böyük rol oynayıb. Hesab edirəm ki, o prezidentliyə layiqli bir insandır".

Politoloq əlavə edib ki, Türkiyənin beynəlxalq aləmdə bir neçə dövlətlə yaranmış gərginliyində Ərdoğanı günahkar görmək düzgün deyil: "Dövlət quruluşu və siyasi xətt deyilən anlayışlar var. Məsələyə bu baxımdan yanaşmaq lazımdır. Ərdoğan dövlətin siyasətini uğurla davam etdirir".

Siyasi şərhçi Azər Rəşidoğlu da Ərdoğanın prezident seçkilərində şansının son dərəcə böyük olduğunu deyib.

O bildirib ki, İsraillə münasibətlər Amerikanın Yeni Yaxın Şərq layihəsi çərçivəsində baxılmalıdır: "Bu Ankaranın istəyi ilə həll oluna bilməz. Ərdoğan yaranmış geosiyasi vəziyyətdən istifadə edir və Türkiyənin bölgədəki rolunu artırmaq istəyir. Əgər, Yaxın Şərqdəki proseslərdə Ankaraya yenə də aparıcı rollar ayrılsa, bu problem qalacaq, əsk təqdirdə yeni siyasi fəndlərdən danışmaq olar".

Ekspert qeyd edib ki, Ərdoğan prezident olduqdan sonra Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun "Dərin strateji" kitabında göstərilən konsepsiyanın həyata keçirilməsi siyasəti davam edəcək.

İlkin
AzNews.az
Bağla X