19:59
(077) 610-22-33

Fəzail Ağamalı münasibət bildirmədi

  • >
743 27 Sentyabr 2012 14:50 | Siyasət

“Rəsmi orqanlar bu məsələyə munasibət bildirməlidir”



Dünəndən ölkə gündəmini tutan Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomaterialın qalmaqalı hələ də davam edir. Artıq, ölkənin bir neçə rəsmi şəxsi bu məsələyə münasibət bildirib.

AzNews.az olaraq, Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının mövqeyini öyrənmək üçün onunla əlaqə saxladıq. O, bu məsələyə münasibət bildirmədi. Qısaca, bunları dedi: "Mən heç bir şərh verə bilmərəm. Bu, dövlət orqanlarının işidir. Faktla bağlı araşdırma aparıldıqdan sonra qiymət verəcəklər".

İlkin
AzNews.az
Bağla X