11:28
(077) 610-22-33

İstiqlalçı deputatdan İsa Qəmbərə sərt cavab

  • >
825 29 Sentyabr 2012 11:52 | Siyasət

Tahir Kərimli: “İstiqlalçı Deputatlar Məclisi heç bir düşərgəyə aid deyil”



Dünən İstiqlalçı Deputatlar Məclisi təsis olundu. KXCP-nin baş qərargahında keçirilən konfransda 9 nəfər təsisçi - Hacıbaba Əzimov, İsa Qəmbər, İbrahim İbrahimli, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Tahir Kərimli, Firudin Cəlilov, Füzuli Axundov, Məryəm Həsənov və Pənah Hüseyn tədbirdə iştirak edirdilər.

İclasda Müsavat başqanı İsa Qəmbər təklif edib ki, bu qurumun ilk toplantısında Gülər Əhmədova olayı konteksində parlament məsələsi müzakirə olunsun. Qərara alınıb ki, bununla bağlı parlamentə etiraz olunsun. Amma Vəhdət Partiyasının sədri Tahir Kərimli məsələnin müzakirə olunmadan qərara alınmasına kəskin şəkildə etirazını bildirib. O, qəzəbli çıxışından sonra tədbiri tərk edib.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Tahir Kərimli deyib ki, iclasda Gülər Əhmədova olayı ilə hökumətə etiraz bildirmək düzgün deyildi. Çünki bunu hüquq mühafizə orqanları araşdırır: "Bəzi müxalifət nümayəndələri bu qurumu müxalif düşərgəyə çevirmək istəyir. Qurum yarananda məqsədimiz bu oldu ki, nə iqtidar, nə də müxalifət tərəfə istiqamətlənək. Əgər hansısa məsələyə etirazınızı bildimək istəyirsizsə, gedin, İctimai Palatada bildirin. Axı, ora 2010-cu il parlament seçkilərindən narazı qalan deputatların yeridir. Bəs, həmin qurumu niyə yaratmısız?! Gülər Əhmədova məsələsini İDM-də müzakirə olunmadan niyə qərar verirsiz? Mən demirəm ki, susmalıyıq. Amma əvvəlcə hüquq mühafizə orqanları öz işlərini görməlidir. Sonra biz bu məsələni müzakirəyə çıxarıb, qərar verməliyik".

T.Kərimli əlavə edib ki, istiqlalçı deputatlar belə davam etsələr, həmin qurumdan uzaqlaşacaq: "Mən bu qurumu müstəqil şəkildə qəbul etmişəm. Əgər müxalif yönlü qüvvələr bu təşkilatdan öz məqsədləri üçün istifadə edəcəklərsə, buradakı fəaliyyətimə xitam verəcəm".

İlkin
AzNews.az
Bağla X