06:59
(077) 610-22-33

Sarkisyan Ermənistanda ifşa edildi

  • >
1 850 26 Mart 2015 20:11 | Siyasət

Ermənistanda ən əhəmiyyətli mallar əhaliyə 250%-ə qədər artırılmış qiymətlərlə satılır.



Bu barədə İrəvanda Milli Məclisin bu gün keçirilən iclasında 2015-ci ildə iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət proqramının müzakirə olunarkən Erməni Milli Konqresinin parlament fraksiyası rəhbəri Levon Zurabyan bildirib.

Onun sözlərinə görə, dövlət idxalçıların inhisarçılığına barmaqarası baxır və onların əməlinin üstünü ört-bastır edir. Həmçinin imtiyazlı biznesmenlər üçün Sarkisyan hakimiyyəti xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar.

O deyib ki, bir çox nüfuzlu iqtisadçının hesablamalarına əsasən, son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 255 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana gətirilir və satılır: "Amma, dövlət rəhbərləri susur. Əlbəttə, bütün bunlara görə susmaq daha sərfəlidir".
Bağla X