21:59
(077) 610-22-33

Baş redaktor namizədliyini geri götürdü

  • >
1 490 12 Oktyabr 2015 11:01 | Siyasət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakını dayandırıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Elçin Mirzəbəyli öz "Facebook" hesabında yazıb.

O, seçkidən nə səbəbə imtina etdiyini açıqlamayıb: "Seçkidə iştirakımı dayandırdım. Məni Milli Məclisdə görmək istəyən və bunun üçün dəstəyini, dualarını əsirgəməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməməyi düşünürəm. Yola davam edən dəyərli dostlarıma fərd olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm.

Bu günədək canım qədər sevdiyim dövlətimin və ayrılmaz bir parçası olduğum millətimin adına xələl gətirəcək addım atmamışam. Fədakarlıq mənim qanımda, ruhumdadı! Bütün addımlarımı öz qənaətimə uyğun və inanaraq atmışam. Bundan sonra da eyni fədakarlıqla doğru bildiyim yola davam edəcəm. İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim dövlətimdən tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqincə istifadə etmək imkanının tanınmasıdır".

Qeyd edək ki, o, bu ilki parlament seçkilərində namizədliyini 73 saylı Lənkəran seçki dairəsindən irəli sürmüşdü və qeydə alınmışdı.

Sevinc Yasinqızı
Bağla X