Şri Lanka sahillərində batmaq üzrə olan iki fil balası xilas edilib. Şri Lanka sahillərində batmaq üzrə olan iki fil balası xilas edilib.

Fillər xilas edildi - Video

Şri Lanka sahillərində batmaq üzrə olan iki fil balası xilas edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fillərin dənizdə üzdüyünü ilk olaraq balıqçılar görüb. Onlardan birinin sözlərinə görə, fillər uzun müddət dənizin ortasında qalıb və sahilə çıxa bilməyib. Onların köməyinə xilasedicilər gəlib. Xilasedicilər fillərin başına ip bağlayaraq onları sahilə çəkməyi bacarıblar. Xilasetmə əməliyyatı 12 saat davam edib.

Bəxtiyar Abbasov

AzNews.az