Afrikadan qaçan mühacirlər özlərini İspaniya sahillərinə çatdırıblar. Afrikadan qaçan mühacirlər özlərini İspaniya sahillərinə çatdırıblar.

Mühacirlər çimərliyə hücum etdilər – Video

Afrikadan qaçan mühacirlər özlərini İspaniya sahillərinə çatdırıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kadis şəhəri çimərliyində yaşanıb.

Mühacirlər rezin qayıq vasitəsi ilə İspaniya sahillərinə qədər gəlib çatmağı bacarıblar. Mühacirlər çimərliyə, sanki, başqa bir ölkənin desantları kimi müdaxilə ediblər. Onlar quruya çıxar-çıxmaz dərhal təhlükəsizlik qüvvələrinin gözlərindən yayınıblar. Çimərliyə nəzarət edən polis nəfəri tək olduğu üçün o, mühacirləri izləyə bilməyib. Hazırda onların hansı istiqamətdə hərəkət etdiklərinə dair araşdırma aparılır.

Bəxtiyar Abbasov

AzNews.az