- Köhnə - Video
- 23 Avqust 2017 11:08
- 6 373
Son 5 ilin ən dağıdıcı qasırğası gözlənilir – Video
Çinin Honkonq muxtar regionunda son 5 ilin ən dağıdıcı “Hato” qasırğası gözlənilir.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, artıq şəhərin sahilyanı bölgələri qasırğanın təsiri altına düşüb.
Şəhərdə nəqliyyatın hərəkəti tamamilə iflic olub. Məktəblər və iş yerləri fəaliyyətini dayandırıb. 420-yə yaxın uçuş təxirə salınıb.
Hava bürosu qasırğanın sürətinin saatda 165 kilometrə çatdığını qeyd edib.
Bəxtiyar Abbasov
AzNews.az