17:41
(077) 610-22-33

Naməlum kimyəvi qaz insanları zəhərlədi – 150 nəfər xəstəxanaya yerləşdirildi (Video)

  • >
2 242 28 Avqust 2017 14:18 | Video

Böyük Britaniyanın Şərqi Susseks qraflığında mənbəyi bəlli olmayan kimyəvi qaz dumanı insanları zəhərləyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, qaz dumanı azı 150 nəfərin zəhərlənməsinə səbəb olub. Yerli əhali ürək bulanması, göz yaşarması və qusma şikayətləri ilə xəstəxanalara axın edib.

Kimyəvi maddənin mənbəyi məlum deyil. Lakin, rəsmilər bunun Fransadakı sənaye müəssisəsindən gəldiyini ehtimal edirlər. Faktla bağlı araşdırma başlayıb.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X