- Köhnə - Dünya
- 25 Avqust 2013 12:55
- 4 879
Misir Türkiyə filminə “veto” qoydu
AzNews.az xəbər verir ki, festivala "Lal Gecə" adlı filmlə qatılan Türkiyənin iştirakı ləğv olunub.
Məlumata görə, filmin ərəb və ingilis altyazısı hazırlanıb göndəriləcəyi gün festival koordinatoru Jihai Abdel Latif tərəfindən veto xəbəri göndərilib.
Göndərilən e-maildə deyilir:
"Türkiyə-Misir arasındakı siyasi gərginlik səbəbindən filminizi yarışma hissəsindən və festival proqramından çıxardığımızı kədərlənərək bildiririk. Ümid edirik ki, bizi anlayışla qarşılayacaqsınız."
Əli Rais Hüseynli
AzNews.az