Maykl Ceksonun ailəsi məhkəmədə uduzdu

Pop musiqisinin kralı Maykl Ceksonun ailəsi növbəti məhkəmə prosesində uduzub. Belə ki, ailə muğənninin ölümündə səhlənkarlığa yol verən həkimi işə göndərən firmaya qarşı prosesdə qələbə qazana bilməyib.

Məhkəmə təşkilatçı firma olan "AEG Lives"in sənətçinin ölümündə səhlənkarlığa yol vermədiyi barədə qərar çıxarıb.

Firmanın vəkili hakimin qərarından razı qaldığını bildirib.
Qeyd edək ki, əfsanəvi pop ulduz Michael Jackson 2009-ci ildə 50 yaşında artıq dozada anesteziya dərmanı istifadə etdiyi üçün həyatını itirmişdi.

Ceksonun həkimi sənətçinin ölümünə istəmədən səbəb olduğu səbəbiylə 4 il həbsə məhkum olunub. Sənətçinin ailəsi, təşkilatçı firmanın həkim haqqında kifayət qədər araşdırma aparmadığı üçün məhkəməyə müraciət etmişdi.

Rəhim Qədirov
Aznews.az