Fransalı nazir Azərbaycana səfər edəcək

Fransanın xarici ticarət naziri xanım Nikole Brik noyabrın sonunda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan-Fransa qarşılıqlı iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etməkdir.

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan və Fransa arasında ticarət dövriyyəsi 1 183,2 milyon dollar təşkil edib.

AzNews.az