Ukraynanın sabiq baş naziri axtarışa verildi

Ukraynanın sabiq baş naziri Nikolay Azarov barəsində axtarış elan edilib.

Bu barədə Ukraynanın baş prokurorunun vəzifəsini icrə edən Oleq Maxnitski bildirib. "Azarov barədə iş açılıb, xüsusilə də bu hakimiyyətdən və xidməti vəzifəsindən sui-istifadə edilməsindən bir epizoddur. Cinayət işi başa çatıb, ona şübhələr barədə elan olunub və həmçinin barəsində axtarış elan edilib", - Maxnitskiy deyib.

AzNews.az