Şəmkirdə tank əleyhinə mərmi aşkar edildi

Şəmkir rayon ərazisindən tank əleyhinə mərmi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Posanlı kəndinin ərazisindən 1 ədəd tank əleyhinə mərmi aşkar edilərək götürülüb. Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

AzNews.az