Arvadı Rəmişə qadağa qoydu - Açıqlama

Tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü xanım sənətkara qadağa qoyub. AzNews.az-ın əməkdaşının gitara ifaçısına müsahibə almaq üçün etdiyi zəng onun yoldaşı cavab verib və bildirib ki, Rəmişin müsahibə verməyini istəmir: "Jurnalistlər özlərinə reytinq yığmaq üçün Rəmişin dediklərini təhrif edirlər. Onun dediyi qalır bir qıraqda öz bildiklərini yazırlar. Ona görə də istəmirəm Rəmiş jurnalistlərə müsahibə versin".

Qeyd edək ki, gitaraçının bir neçə gün öncə verdiyi "şou biznesin 99 faizi narkomandır" açıqlaması böyük səs-küyə səbəb olmuşdu.

İntiqam Valehoğlu
AzNews.az