Lənkəranda toyda bıçaqlanma

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 22.30 radələrində rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu olan 19 yaşlı İlkin Teymurova bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb. Ilkinin qan içində olduğunu görən toy iştirakçıları onu dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Yaralı təcili əməlliyyat otağına götürülüb və onun üzərində 3 saata yaxın əməliyyat aparılıb. İlkin Teymurovu həyata qaytaran həkimlər bıçaq zərbəsindən onun mədəsinin zədələndiyini bildiriblər.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ramin Əzizovun saxlanılıb, istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az