Bakı metrosunda həyəcan

Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkətində problem yaranıb. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, metronun "Dərnəgül"–"Həzi Aslanov" istiqamətində hərəkətdə ləngimələr baş verib.

Saat 08:04 radələrində bu istiqamətdə hərəkət edən qatarlar stansiyalara 7-7,5 dəqiqə intervalı ilə daxil olublar. Metronun "İnşaatçılar", "20 Yanvar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarında isə qatarlar 3-3,5 dəqiqə dayanıb. Nəticədə "Azadlıq prospekti", "Memar Əcəmi", "20 yanvar" mertostansiyalarında böyük sərnişin sıxlığına səbəb olub. Problem saat 08:37-də aradan qaldırılıb.
Gecikmələrin baş vermə səbəblərini isə öyrənmək mümkün olmayıb.

Amid
AzNews.az