- Köhnə - Dünya
- 25 Aprel 2014 08:23
- 4 378
Məkkədə 4 nəfər öldü- virusdan
İlk dəfə Səudiyyə Ərəbistanında dəvələrdən və ya keçilərdən yoluxduğu güman edilən MERS virusu 2002 – 2003-cü ildə aşkarlanıb. Bu virus da SARS virusu kimi yuxarı tənəffüs yollarında təsirli olur. Virusun əlamətləri qızdırma, öskürək, nəfəs çatışmazlığı, qarın ağrısı, ishal və qusma olaraq bildirilib.
Dünya Səhiyyə Təşkilatı bildirir ki, indiyə qədər bu xəstəliyə 238 nəfər yaxalanıb, onlardan 92 nəfəri ölüb.
XXI əsrin ən təhlükəli viruslarından hesab olunan MERS, SARS-a görə 8 dəfə çox təsir gücünə malikdir. (anspress)