Vergilər Nazirliyi dövlət büdcəsinə daxilolmanı açıqladı

Bu ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 593 milyon 835 min manat təşkil edib.

Vergilər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu məbləğin 32,9 faizi mənfəət, 28,3 faizi əlavə dəyər, 12,8 faizi fiziki şəxslərin gəliri, 10,4 faizi aksiz, 15,6 faizi isə digər vergilərin payına düşür. Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 51 milyon 396,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz çoxdur.

Birinci yarım il ərzində respublika üzrə 42 min 681 vergi ödəyicisi qeydiyyata alınıb, 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 min 935-ə çatıb.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz təşkil edib.

Amid
AzNews.az