Nazirlik şikayətlərin sayını açıqladı - Statistika

Bu ilin 1-ci yarımilliyi ərzində dövlət vergi orqanlarına 47 625 müraciət daxil olub.

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən AzNews.az-a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9% çoxdur. Daxil olmuş müraciətlərin 98,4%-i ərizə, 1,4%-i şikayət, digərləri təklif olub, 146 şikayətin icrası xüsusi nəzarətə götürülüb.

Müraciətlərin 73,7%-i müsbət həll olunub, 15,5%-i barədə müvafiq izahatlar verilib, 4,4%-i əsassız sayılıb, 1,4%-i qismən həll olunub, 0,8%-i aidiyyəti üzrə göndərilib, 4,2%-i icradadır.

Xəbərdə o da bildirilib ki, hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 231-i eyni, 44-ü təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 403 məsələ barədədir. Daxil olan şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2% azalıb.

Ümumilikdə şikayətlərin 33,7%-i əsassız sayılıb, 39,5%-i üzrə müvafiq izahatlar verilib, 11,8%-i müsbət həll olunub, 5%-i aidiyyəti üzrə göndərilib, 0,6%-i qismən həll olunub, 9,4%-i icradadır.

Azərbaycan Prezidentinin Administrasiyasından nazirliyin aparatına 183 müraciət, o cümlədən 103 ərizə, 80 şikayət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu müraciətlərin ümumi sayı 11,6%, ərizələrin sayı 16,9%, şikayətlərin sayı isə 3,6% azalıb.

Amid
AzNews.az