Bakıdan İstanbula bu qatarla gedəcəklər

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət edəcək qatarlar Avropadan alınacaq.

Bunun üçün İsveçrənin "Stadler Rail Group" şirkətilə danışıqlar aparılır.

AzNews.az-ın məlumatına görə, bunu day.az saytına "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars marşrutu üçün 30 ədəd vaqon alınması planlaşdırılır.

"Avropa standartlarına cavab verən plaskart, kupe və SV tipli qatarlar 2015-ci ilə qədər Bakıya gətiriləcək. Bu vaqonlar kondisionerlə təchiz olunub. Yerdəyişmə qabiliyyəti olan çarxlar sayəsində istənilən endə olan olan dəmir yollarında - həm MDB ölkələrində, həm də Avropa ölkələrində hərəkət edə biləcək", - o əlavə edib.

"Stadler Rail Group" şirkətinin saytında da qatar sifarişi aldıqları barədə məlumat yerləşdirilib. Məlumata əsasən, vaqonlara 120 milyon İsveçrə frankı (10 milyon avro) pul ödəniləcək.

AzNews.az