Mətanətə Nazpəridən cavab: “Zövqsüz özüdür”

ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın aparıcısı olduğu "Gündəlik" verilişində xalq artisti Nazpəri Dostəliyeva barədə dediyi "zövqsüz" ifadəsi cavabsız qalmayıb.

Xalq artistinin prodüseri Mikayıl Cavidan AzNews.az-a açıqlamasında bildirib ki, Əlverdiyevanın özünün zövqündə problem var: "Nazpəri Dostəliyeva ömür boyu bahalı stilistlərlə işləyib və geyiminə həmişə fikir verib. Xalq artisti geyimlərinə çox pul xərcləyir və onun zövqünü bəyənməyən insanın öz zövqündə problem var. Kaş bir cox aparıcılar və müğənnilər onun kimi səhnəyə yaraşsınlar, səhnə mədəniyyətləri olsun. Mətanət xanıma onu bildirmək istəyirəm ki, Nazpəri xanım geyimi, ifası, səhnə mədəniyyəti ilə 10 il bundan əvvəl sevilib və 10 il də bundan sonra seviləcək".

Qeyd edək ki, teleaparıcı Nazpəri Dostəliyevadan başqa əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacılarını da zövqsüz adlandırmışdı.

Bahar Rüstəmli
AzNews.az