- Köhnə - İqtisadiyyat
- 18 İyul 2014 10:55
- 2 493
Prezident gəmi inşası zavodunun açılışında
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxdı.
Sonra Prezident İlham Əliyev zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış oldu, videoçarxa baxdı.
Dövlətimizin başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış oldu, onun manevrlərini izlədi.
AzNews.az