Nigeriyada iki partlayış nəticəsində 75 nəfər öldü

Nigeriyanın Kaduna ştatında iki partlayış törədilib, nəticədə ən azı 75 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 25 nəfər terrorçu-kamikadzenin müsəlman ruhanilərinin konvoyuna hücumu zamanı ölüb.

Daha 50 nəfər bazarda törədilən partlayışın qurbanı olub. Partlayışlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

AzNews.az