Yer ətrafında səyahətə çıxan pilot öldü

Amerika Birləşmiş Ştatlarından olan yeniyetmə pilot Yer kürəsi ətrafında dövr edərək, dünya rekorduna imza atmağa çalışarkən həlak olub. Yeniyetmənin olduğu kiçik təyyarə Sakit okean üzərindən uçarkən qəzaya uğrayıb. 17 yaşlı Harris Süleymanın meyidi artıq tapılıb.

Xilasedicilər təyyarənin göyərtəsində onunla birlikdə olan atasının axtarışını davam etdirirlər.

Harris Süleyman Yer kürəsi ətrafında səyahət edərkən həlak olan ən gənc pilot kimi tarixə düşüb.

O, Yer kürəsi səyahətinə atasının doğulduğu Pakistanda məktəblər inşa edən təşkilata yardım etmək üçün vəsait toplamaq məqsədilə çıxıbmış.
(Associated Press)