Rasim Balayev İTV rəhbərliyinə qarşı

"Cəmil Quliyev kimdir ki, məndən xoşu gəlməsin. O heç mənim gözümə görükmür. Bilirsən necədir, ola bilsin həyatdır da, o da zəmanənin yetirməsidir. Amma bunun mənə yaxşı, ya pis münasibət bəsləməyi heç nə demir. Çünki o nə rejissordur, nə bilim kimdir. Dediyim odur ki, onun mənə münasibətinin heç bir dəxli yoxdur. Heç o məni, qətiyyən, narahat eləmir".

Bunu Aktual.az-a Rasim Balayev İTV baş direktoru Cəmil Quliyevin ona münasibətini şərh edərkən deyib.

R.Balayev bildirib ki, o, heç kimə qarşı olmayıb:

"Amma olur da insanın kiməsə qarşı paxıllıq hissi var. Bilirsən, qurban olduğum Allah elə yaradıb ki, hərənin dünyada yaxşı və ya pis yeri var. O gəlib ömrünü sürüb gedir, bəzisi rəhmət qazanır, bəzisi qazanmır. Vəssalam".

Xatırladaq ki, vaxtilə Rasim Balayev və Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqında təmsil olunublar. Sonradan tərəflər arasında fikir ayrılığı yaranıb.

AzNews.az