Avtomobil piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi gecə saatlarında Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb. "VAZ-2107" markalı, 10 CT 665 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində ölən qadının şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az