- Köhnə - Cəmiyyət
- 25 İyul 2014 09:05
- 1 642
Bu rayonlarda qaz təchizatında məhdudiyyətlər olacaq
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi və ölçü qovşağının quraşdırılması ilə əlaqədar bu gün saat 11:00-dan 15:00-dək Nərimanov rayonun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bununla yanaşı, saat 12:00-dan 16:00-dək Yasamal, saat 16:00-dək Hacıqabul, saat 18:00-dək Göygöl və Sabunçu, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
AzNews.az