Vurulan təyyarədəki sərnişinlərin cəsədləri tam tapılmayıb – Ekspertiza

Malayziyaya məxsus "Boenig -777" sərnişin təyyarəsinin düşdüyü ərazidə qəza qurbanlarından daha bir neçəsinin cəsədi tapılıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, cəsədləri və onların qalıqlarını təyyarənin düşdüyü yerdən bir qədər aralıda tapıblar.

Məlumatda qeyd edilib ki, təyyarənin düşdüyü ərazini nəzarətdə saxlayan separatçılar 298 sərnşinin cəsədinin hamsını - 282 cəsəd və 16-sına aid 87 qalığı təhvil verdiklərini bildirmişdilər. Lakin, Hollandiyadan gələn mütəxəssislər cəsədlərin və qalıqlarının yalnız 200 nəfərə aid olduğu qənaətinə gəliblər. Cəsədlərin təxminən üçdə birinin harada olması isə məlum deyil.

Xatırladaq ki, iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində Malayziya məxsus "Boeing-777" təyyarəsi vurularaq yerə salınıb. İlkin ehtimala görə, təyyarə rusiyameyilli separatçılar tərəfindən "Buk" zenit-raket qurğusu ilə vurulub.


Aydan Axundova
AzNews.az