Makiyajsız müğənni şoka saldı -FOTO

Türkiyə sənət musiqisinin divalarından olan Bülənt Ersoyun makiyajsız şəkilləri yayılıb. ANS PRESS-in məlumatına görə, daima ağır makiyajı ilə seçilən müğənni xalq musiqisi dinləmək üçün yaxın dostlarından birinin məkanına gedib.

Lakin bu dəfə o evdən makiyajsız çıxıb. Zinət əşyalarını taxmağı unutmayan divanı görənlər gözlərinə inanmayıblar. Müğənni makiyajsız çox yaşlı və solğun görünüb.

Yayılan fotosu haqqında danışan Ersoy ən böyük sərvətinin görüntüsü yox, səsi olduğunu deyib. "Mən film aktrisası deyiləm. İstəsəm kor olaram, istəsəm çapıqlı. Mənim ən böyük varlığım səsimdir. Onu mənim əlimdən ala biləcəklər?".



AzNews.az