- Köhnə - Hadisə
- 19 Avqust 2014 18:17
- 2 527
Tovuzun dağlıq ərazilərində güclü yanğın
AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə yerinə Tovuz Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi çağırılıb. Ərazi dağlıq olduğundan avtomobillərin hərəkəti mümkünsüzləşib. Hazırda yanğınsöndürənlər kiçik balonlarla alovu ram etməyə çalışırlar.
Qeyd edək ki, iki gün öncə də Tovuzun Əlibəyli kəndi ərazisində gecə saatlarında dağlıq ərazidə yanğın hadisəsi baş verib.
AzNews.az