- Köhnə - Dünya
- 30 Avqust 2014 17:45
- 2 938
Qəzzada ölənlərin sayı üç minə çatır
Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudranın "Anadolu Agentli"yinə verdiyi məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində ağır yaralanan Məhəmməd Xəlil əl-Masavabi (23 yaş) dünən ölüb.
Rifah şəhərində evinə təşkil edilən hücumda ağır yaralanan və Misirdə müalicə alan Vedad Əbu Zeydin də (65) xilas oluna bilmədiyini deyən Kudra İsrailin iyulun 7-dən başlayan və atəşkəsin elan edildiyi vaxta (avqustun 26-sı) qədər davam edən hücumlarda ölənlərin sayının üç minə yaxınlaşdığı qeyd edilib.
Xatırladaq ki, Misirin vasitəçiliyi ilə Qahirədə təşkil edilən atəşkəs görüşlərində İsraillə fələstinli qrupları arasındakı razılaşma çərçivəsində çərşənbə axşamı, avqustun 26-da saat 21:00-da tərəflər arasında uzunmüddətli atəşkəs qüvvəyə minib.
AzNews.az