Ketrin Eşton Rusiyaya çağırış etdi

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Rusiyaya çağırış edib.

Axar.az xəbər verir ki, Eşton Rusiyadan Ukrayna böhranında hüsumətə son verməyə və ordunu geri çəkməyə çağırıb.

Eşton AB üzvü 28 ölkənin Xarici İşlər nazirlərinin İtaliyanın Milan şəhərində keçirilən yığıncağından sonra mətbuat konfransı keçirib. AB-nin Ali nümayəndəsi Rusiya-Ukrayna böhranının hərbi yolla həll edilə bilinməyəcəyini qeyd edərək Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində davamlı siyasi həllə ehtiyac olduğunu söyləyib.

AzNews.az