Messiyə qadağa qoyuldu

Argentinada yeni doğulan uşaqlara Messi adının qoyulması qadağan edilib.

AzNews.az anspress-ə istinadən xəbər verir ki, buna səbəb kimi Messi adının uşaqlara verilməsi əhali arasında çaşqınlığın yaranması göstərilir.

Rio Negro əyalətində bir atanın uşağına pərəstişkarı olduğu Messinin adını qoyması müzakirə və etirazlara səbəb olub. Messi Daniel Varela adı verilən körpənin qəzetlərdə xəbər olmasından sonra minlərlə argentinalı, uşaqlarına ulduz futbolçunun adını verməyə başlayıb.

Əyalət rəhbərliyi açıqlama verməyə məcbur olub.

"Argentina qanunlarına görə çaşqınlığa səbəb olacaq ad və soyadlardan istifadə oluna bilməz".

AzNews.az