3 min manata görə axtarışa verilən şəxs 4 ildir ki “tapılmır” - ŞİKAYƏT

Redaksiyamıza Laçın rayonundan məcburi köçkün, Bakı şəhərində Dəniz Ticarəti Limanının yataqxanasında məskunlaşan Dadaşov Valeh müraciət edərək uzun müddətdən bəri məhkəmə qərarının icra olunmamasından şikayətlənib.

İddiaçının AzNews.az-a verdiyi məlumata görə, 2010-cu il iyunun 5-də idarə etiyi "Opel" markalı 10 XZ 875 dövlət nömrə nişanlı avtomobil "Vaz 21074" markalı, 50 BU 764 dövlət- nömrə nişanlı maşınla toqquşub. Nəticədə xəsarət alan olmasa da, VAZ 21074-ün sürücüsü Sahibli Orxan Ruf oğlu tərəfindən onun avtomobilinə 3160 manat maddi ziyan dəyib. Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sahibli Orxan İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimələnib. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəf maşının təmiri, dəymiş ziyanın ödənilməsi ilə bağlı verdiyi sözü yerinə yetirməkdən yayınıb. Sumqayıt şəhərindəki "Mərcan" firması "Opel" markalı maşına 3160 manat məbləğində ziyan dəydiyini müəyyən edib. Dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etdiyini deyən Valeh Dadaşov bildirib ki, məhkəmədə Orxan Sahibli iddianı qismən qəbiul edib. Lakin bildirib ki, zərəçəkmişə dəyən ziyanı birdəfəlik ödəmək imkanına malik deyil, buna görə də ziyanı hissə-hissə ödəyə bilər.

Məhkəmə işə baxaraq Valeh Dadaşovun iddiasını təmin edərək Sahibli Orxanın dəymiş ziyanə ödəməsi ilə bağlı qətnamə qəbul edib. Lakin məhkəmə qərarının icra edilməsi əsl müşkülə çevrilib. Belə ki, məhkəmə qərarının çıxarılmasından 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh tərəfi tapmaq mümkün olmayıb. Sumqayıt şəhər İcra Şöbəsinin icra məmuru Elmin Mahmudovun verdiyi məlumata əsasən borclu şəxsə 10 gün müddətində könüllü olaraq məhkəmə qərarını icra etmək təklif edilib. Lakin həmin müddətdən sonra borclu tərəfi, yəni Sahibli Orxanı tapmaq mümkün olmayıb. Sumqayıt şəhər Kotec qəsəbəsi, M.F.Axundov 2-də qeydiyyatda olan Sahibli Orxan Rauf oğlunu həmin gündən etibarən gördüm deyən olmayıb. Ancaq Dadaşov Valehin sözlərinə görə, əslində Orxan Sahiblini tapmaq və məhkəmə qərarının icra etdirmək o qədər də çətin deyil. Sadəcə buna cavabdeh olan dövlət qurumları və şəxslər məsələyə etibasız yanaşdığından, artıq 4 ilə yaxındır ki, ona dəyən ziyan ödətmək mümkün olmur. Sahibli Orxanın tapılması üçün hətta Sumqayət Şəhər Polis İdarəsi tərəfindən axtarış da elan edilib. Ancaq axtarış da nəticəsiz qalıb.

Məsələ ilə bağlı iddiaçı tərəfin Ədliyyə Nazirliyinin "qaynar xətt" xidmətinə müraciət edib: "Müraciətimə cavab olaraq bildirildi ki, borclu Orxan Sahiblinin borca yönəldiləcək əmlaki və ya gəlirləri aşkar edilməyib. Həmçinin onun yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edilib. İcra məmurunun təqdimatına əsasən, Sumqayı şəhər Məhkəməsinin 25.02.2011-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılıb. Bu isə o deməkdir ki, məhkəmə qərarını icrasından yayınan Orxan Sahiblini tapılmadığından mənə dəyən maddi ziyan ödənilməyəcək. 4 ilə yaxın bir müddətdə qeydiyyat ünvanı məlum olan bir şəxsin tapılması bu qədərmi çətindir? Yaxud onu müdafiə və himayə edən şəxslər qanunlardan, ədalət məhkəməsinin qərarından yüksəkdə dayanırlar ki, 4 ildə bir qərarın icrası mümkün olmayıb?"

Xəyalə
AzNews.az