Səfirlər endirimli kitab yarmarkasında - FOTOLAR

"Qanun" nəşriyyatının dünəndən başladığı kitab yarmarkası bu gün də davam edib.

AzNews.az-ın məlumatına görə, xeyli oxucunun qatıldığı yarmarkaya ölkənin tanınmış şəxsləri, eləcə də bir çox dövlətlərin ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri qatılıblar. Onlar arasında Böyük Britaniyanın səfiri və onun xanımı, ABŞ səfiri Riçard Morninqstar, xanımı xanımı Feys Morninqstar, Norveç Krallığının səfiri Erling Skjonsbergi və onun xanımı də olub. Onlar özlərinə maraqlı olan kitabları alıblar və bu cür kitab yarmarkalarının təşkilini müsbət qiymətləndiriblər.

Qeyd edək ki, "Qanun" nəşriyyatının 700 adda 15 min kitabın təqdim olunduğu budəfəki endirimli kitab yarmarkası iki ünvanda – Nərimanov parkında və "Sahil parkı"nda təşkil olunub. Hər iki yarmarka müvafiq icra hakimiyyətlərinin təşkilatçılığı ilə baş tutub. Onu da qeyd edək ki, "Sahil parkı"ndakı yarmarkasının açılışını Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini edib.

Yarmarkalar bu gün başa çatır.

AzNews.az
image description image description image description image description image description