• Hadisə
  • 8 Dekabr 2023 16:28
  •  1 923

Rəşad Nəbiyev İraqda səfərdə olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraqda səfərdə olub.

AzNews.az nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Belə ki, nümayəndə heyəti İraq Prezidenti Əbdüllətif Camal Rəşid qəbul edib. O, görüşdə Bakıya rəsmi səfərini məmnunluqla xatırlayıb. Azərbaycanlı nazir səfər zamanı müzakirə olunacaq məsələləri dövlət başçısının diqqətinə çatdırıb. İkitərəfli münasibətlərin bütün sahələrdə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri, dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi vurğulanıb.

İraqın müdafiə naziri Thabet Muhammad Al-Abbasi ilə görüşdə Azərbaycanın müdafiə sənayesinin potensialı barədə məlumat verilib, ali təhsil naziri Naim Abd Yaser ilə Azərbaycanda ali təhsil alan İraq vətəndaşlarının sayının artırılması müzakirə olunub.

Səfər zamanı, həmçinin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüş keçirilib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi istiqamətində əməkdaşlıq müzakirə edilib, bu sahədə birgə tədqiqat məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib. Azərbaycan nümayəndə heyəti ölkəmizdə xarici şirkətlər üçün yaradılmış biznes imkanları barədə məlumat verib, İraq şirkətlərini həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. İraq bazarında Azərbaycan investisiyalarının inkişafı müzakirə olunub.

image description image description image description