- Fanat
- 18:44
- 835
Yaponiyalı üzgüçü Şin Ohaşi dünya rekordunu yeniləyib
17 yaşlı yaponiyalı üzgüçü Şin Ohaşi Yaponiyanın Naqoya şəhərində keçirilən Asiya Oyunlarında 200 metr məsafəyə brass üsulu ilə üzmədə 2 dəqiqə 4,83 saniyə nəticə göstərərək dünya rekordunu yeniləyib.
Aznews.az xarici mediaya istinadən xəbər verir ki, idmançı çinli Çin Hayyanın 2023-cü ildə su idmanı növləri üzrə dünya çempionatında imza atdığı göstəricini (2 dəqiqə 5,48 saniyə) geridə qoyub.
Qeyd edək ki, idmançı daha əvvəl Asiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanıb. O, həmçinin estafet yarışlarında gənclər arasında ikiqat dünya çempionudur.