• Hadisə
  • 7 Noyabr 2024 14:15
  •  4 472

Türkiyə MN Azərbaycanı Zəfər və Bayraq günləri münasibətilə təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə təbrik edib.

Bu barədə nazirliyin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

"İki dövlət, bir millət" anlayışı ilə kədər və sevinclə birləşdiyimiz Azərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününü təbrik edirik", - deyə o bildirib.