- Hadisə
- 09:40
- 1 156
Beşdəli kəndi bir "dəli"nin əlində qaldı: arvadını və gəlinini bıçaqladı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Beşdəli kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Hüseynov Rəvan Sərdar oğlu həyat yoldaşı Beşdəli kənd sakini, 1964-cü il təvəllüdlü Hüseynova Aidə Məhəmməd qızı və gəlini, 1983-cü il təvəllüdlü Hüseynova Lətafət Muxtar qızını bıçaqlayıb.
Yaralılar bıçaq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
R.Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az