- Hadisə
- 5 İyul 21:08
- 1 825
ABŞ səfirliyi yalanladı: Dezinformasiya saytlarına inanmayın!

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarının guya dərhal ölkəni tərk etməyə çağırıldığına dair yayılan xəbərləri yalan adlandırıb.
Trend-in məlumatına görə, bu barədə səfirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub.
“Siz dezinformasiya saytları tərəfindən yayılan saxta "təcili mesaj"ı görmüş ola bilərsiniz. Bu məlumatın yalan olduğu açıq-aydındır. Bununla belə, bu cür nəşrlər dezinformasiyanı müəyyən etmək baxımından mühüm dərsdir”, – deyə bəyanatda bildirilib.
Diplomatik nümayəndəlik vurğulayıb ki, dəqiq və etibarlı məlumat əldə etmək üçün yalnız rəsmi mənbələrə müraciət edilməlidir: “Əgər vacib mesajlar olarsa, bu mənbələr mütəmadi olaraq yenilənir”.
Səfirlik həmçinin əlavə edib ki, hazırda ABŞ vətəndaşları üçün Azərbaycana səyahət tövsiyəsi 2-ci səviyyədədir ki, bu da İtaliya və İspaniya kimi ölkələr üçün verilən tövsiyələrə uyğundur.
AzNews.az